AZ

Zelenski: Ukrayna Avropa İttifaqının bir hissəsi olacaq

Ukrayna Prezidenti Vlodimir Zelenski ilə Avropa Komissyasının sədri Ursula Fon der Lyayen arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna lideri "X" hesabında paylaşım edib.

Zelenski Lyenə dəstəyə görə təşəkkür edib.

Ukrayna lideri qarşı tərəfi Trampla söhbəti və mövcud diplomatik variantlar barədə məlumatlandırıb.

"Ursulaya vahid Avropanın Ukrayna ilə bağlı bütün proseslərdə iştirak etməli olduğuna dair aydın baxışına görə təşəkkür edirəm. Biz artıq üzvlük danışıqlarındayıq və ölkəmiz Avropa İttifaqının bir hissəsi olacaq. Müharibədən sonra Ukraynanın yenidən qurulmasında Aİ də böyük rol oynayacaq və bu, onilliklər ərzində bütün Avropa üçün ən böyük iqtisadi layihələrdən biri olacaq", - deyə Zelenski bildirib.

Seçilən
6
5
operativmedia.az

8Mənbələr