AZ

Netanyahu: Qəzzanı ilhaq etməyi planlaşdırmırıq

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzzanı işğal edəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Operativ Media xəbər verir ki, o bu barədə NDTV kanalına müsahibəsində danışıb.

Netanyahu qeyd edib ki, İsrail Qəzzada hərbi əməliyyatları artırmağı planlaşdırsa da, sözügedən bölgəni tamamilə ilhaq etməyi düşünmür.

Onun sözlərinə görə, İsrail Qəzzada hakimiyyətin keçid hökumətinə ötürülməsinin tərəfdarıdır.

Netanyahu İsrailin HAMAS-ı tamamilə məhv edəcəyini vurğulayıb və girovların geri qaytarılması üçün çalışdığını deyib.

İsrailin Baş naziri Qəzzada təhlükəsizlik parametrinin qurulacağını bəyan edib və burada əsas məqsədin İsrailə qarşı hücumların qarşısını almaq olduğuna diqqət çəkib.

Seçilən
25
14
operativmedia.az

10Mənbələr