AZ

Bu ilin yeddi ayı ərzində Türkiyə aeroportlarından 135 milyona yaxın sərnişin istifadə edib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İstanbul, 7 avqust, Günel Karatepe, AZƏRTAC

Bu ilin yeddi ayı ərzində Türkiyənin hava limanlarından 134 milyon 949 min 751 sərnişin istifadə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.

Nazir bildirib ki, bu müddət ərzində ölkənin hava limanlarında eniş-qalxış edən təyyarələrin sayı daxili reyslərdə 552 min 757, xarici səfərlərdə isə 512 min 192 olmaqla, tranzit uçuşlar da daxil, 1 milyon 387 min 280-ə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
6
azertag.az

8Mənbələr