İsrail Qəzzanı ilhaq etməyəcək və bu əraziyə nəzarəti keçid idarəetmə orqanına verməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu “CNN-Nyus18” nəşrinə müsahibəsində deyib.
O, əsas məqsədin HƏMAS-ın tamamilə məhv edilməsi və qalan girovların qeyd-şərtsiz azad edilməsi olduğunu bildirib.