AZ

Burada Ramazan və Qurban bayramı qadağan olundu

BAKI, 7 avqust. TELEQRAF

İspaniyanın Mursiya regionunda yerləşən Humilla qəsəbəsində Ramazan və Qurban bayramlarının keçirilməsi qadağan olunub.

Teleqraf "Euronews"a istinadən xəbər verir ki, həmin bölgənin 27 min əhalisi var.

Yeni qaydaya görə, sözügedən tədbirlər yalnız yerli bələdiyyələr tərəfindən təşkil oluna bilər.

Qərarın verilməsinə səbəb yerli əhali tərəfindən miqrantlara qarşı etirazların baş verməsi olub.

Qeyd edək ki, Humillanın əhalisinin təxminən 7,5%-ni əsasən müsəlman ölkələrdən gələn miqrantlar təşkil edir.

Seçilən
3
teleqraf.com

1Mənbələr