AZ

İtaliyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İtaliyanın Rusiyadakı müvəqqəti işlər vəkili C.Skopa ölkə mediasında "davam edən anti-Rusiya kampaniyası" və rəsmi Moskvanın İtaliya hökumətinin bəyanatlarını tənqid etməsinə Romanın qeyri-mütənasib reaksiyası səbəbindən Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd olunub ki, İtaliyanın aparıcı mediasının anti-Rusiya fəaliyyəti iki ölkə arasında münasibətlərdə böhranın daha da kəskinləşməsinə səbəb olur

"Bu, ikitərəfli dialoqda tənəzzülə gətirib çıxarır və konstruktiv qarşılıqlı əlaqənin bərpasına mane olur", - nazirlikdən vurğulanıb.

“Cebheinfo.az”

Seçilən
51
7
cebheinfo.az

10Mənbələr