Ağ Evin ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi üçün şərti var.
Missiya.Az Oxu.Az -a istinadla xəbər verir ki, bu barədə "The New York Post" qəzeti Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Nümayəndə bildirib ki, Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi təqdirdə, Tramp onunla danışıqlar aparacaq.
"Bu görüşün baş tutması üçün Putin Zelenski ilə görüşməlidir. Görüşün yeri hələ müəyyən edilməyib", - deyə o vurğulayıb.