AZ

Bərdədə avtomobil piyadanı vurub

Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, rayon sakini Natiq Abdullayev idarə etdiyi "KİA" markalı avtomobil ilə hərəkətdə olarkən digər avtomobildən düşən Orxan Həsənovu vurub.

Nəticədə O.Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
77
3
day.az

10Mənbələr