AZ

Fransada naməlum şəxs şəhər merini bıçaqladı

Fransanın cənub-şərqində yerləşən İzər departamentinə daxil olan Vilnöv-de-Mark şəhərinin meri Jil Dyusso bıçaqlı hücum nəticəsində ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
 

Məlumata görə, hadisə avqustun 6-da günorta saatlarında baş verib. Mer şəhərdə 28 yaşlı oğlu ilə birgə gəzərkən naməlum şəxs ona hücum edib. İlkin istintaq məlumatlarına əsasən, cinayətkar merin sinə nahiyəsinə üç bıçaq zərbəsi endirib.


Daha sonra şübhəli şəxs hadisə yerindən qaçıb, lakin bir müddət sonra avtomobillə geri dönərək meri və onun oğlunu vurmağa cəhd edib. Lakin avtomobilə nəzarəti itirərək divara çırpılıb. Maşından düşən şəxs merin oğluna zərbə endirib və hadisə yerindən qaçıb.

Hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib, harada olduğu da məlum deyil.

Fransa prezidenti Emmanuel Makron və daxili işlər naziri Brüno Retayo Jil Dyussoya edilən hücumu pisləyiblər.

Bizim.Media

Seçilən
28
bizim.media

1Mənbələr