Avqustun 7-də Günəşdə gün ərzində sondan əvvəlki güc sinfinə (M) aid ikinci partlayış qeydə alınıb.
News365.az xəbər verir ki, TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Avqustun 7-də Moskva vaxtı ilə saat 14:31-də (Bakı vaxtı ilə 15:31 - red.) rentgen diapazonunda 4168 (N03W32) Günəş ləkələri qrupunda 68 dəqiqə davam edən M3.9 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Bundan əvvəl avqustun 7-də səhər saatlarında M2.2 partlayışı baş vermişdi.