UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üzrə bu gün "Araz-Naxçıvan" "Omoniya" ilə qarşılaşır. 

Offsideplus.az xəbər verir ki, görüş saat 20:00-da, Mrədəkanda, "Dalğa Arena"da baş tutacaq. Matçın baş hakimi çexiyalı Andrjey Berkadır. 

"Araz-Naxçıvan" əvvəlki raundda "Aris"i, "Omoniya" isə "Torpedo" (Kutaisi) komandasını mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra Kiprdə keçiriləcək. Cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək.

UEFA Konfrans Liqası, III təsnifat mərhələsi

ilk oyun

20:00. "Araz Naxçıvan" - "Omoniya" (Kipr) 0:3 (İkinci hissə)

Qollar: Loizos Loizou, 13. 22. Evandro, 55

Baş hakim: Andrjey Berka

Mərdəkan, "Dalğa Arena"

Araz-Naxçıvan – Omoniya (Kipr) - Heyətlər:

"Araz-Naxçıvan": 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala

Baş məşqçi: Elmar Baxşıyev

"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu

Baş məşqçi: Henninq Berq