Ağdərədə meşədə yanğın başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, yanğın hadisəsi rayonun Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində başlayıb.
Yanğın daha geniş əraziyə yayılmağa başlayıb və 2 dəfə mina partlayışı baş verib. Hazırda ərazidə minalar çox olduğundan FHN-nin yanğınsöndürən əməkdaşları yanğın baş verən əraziyə daxil olmağa çətinlik çəkir.
Ziya Əmirxanlı
