Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" Vitor Feijaonu heyətinə cəlb edib.
Fanat.Az xəbər verir ki, braziliyalı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Feijaonun son klubu Avstraliyanın "Sentral Kost Mariners" klubu olub.