AZ

Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb - FOTO

Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində hazırda davam edən şiddətli yanğın əsasən mina və partlamamış döyüş sursatları olan ərazilərdədir.

Day.Az APA-ya istinadən xəbər verir ki, əraziyə yanğınsöndürən briqadaları cəlb olunsa da şəxsi heyətin təhlükəli əraziyə girişi mümkün olmayıb.

Lakin yanğının yol massivi və infrastruktura zərər verməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

  • Suqovuşan
  • Suqovuşan
  • Suqovuşan
  • Suqovuşan
Seçilən
50
8
day.az

10Mənbələr