AZ

Trampdan yeni sərəncam: ABŞ vətəndaşları pensiya vəsaitlərini kriptovalyutalara və daşınmaz əmlaka yatıracaq

Ulusal.az xəbər verir ki, ABŞ  prezidenti Donald Tramp yeni bir sərəncam imzalayıb. “Financial Times” qəzetinin administrasiyadakı mənbələrə istinadən yaydığı məlumata görə, sərəncam 401(k) pensiya yığım sistemindəki vəsaitlərin kriptovalyutalar, özəl kapital və digər alternativ aktivlərə, o cümlədən daşınmaz əmlaka yatırılmasına imkan yaradır.

Sənədə əsasən, federal tənzimləyici qurumlara mövcud qaydaların yenidən nəzərdən keçirilməsi və izah olunması tapşırılıb ki, peşəkar fondlar tərəfindən idarə olunan pensiya portfellərinə bu cür alətlərin daxil edilməsi mümkün olsun.

Hazırda ABŞ-da 90 milyondan çox insan 401(k) sistemi vasitəsilə uzunmüddətli pensiya yatırımları həyata keçirir. Ənənəvi olaraq bu vəsaitlər səhmlər, istiqrazlar və indeks fondlarında saxlanılır.

Ancaq yeni sərbəstliklə yanaşı, potensial risklər də artır. Mütəxəssislərin fikrincə, kriptovalyutalar və alternativ fondlar likvidliyinin azlığı, yüksək dəyişkənlik, yüksək komissiyalar və borc vasitələrinin istifadəsi ilə seçilir. Bu isə uzunmüddətli perspektivdə həm yüksək gəlir, həm də ciddi itkilər ris

Seçilən
23
moderator.az

1Mənbələr