AZ

Suqovuşanda meşədə güclü yanğın başladı – FOTO

  Ağdərə rayonunda yanğın qeydə alınıb.

Referans xəbər verir ki, yanğın hadisəsi rayonun Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində başlayıb.

Hazırda davam edən şiddətli yanğın əsasən mina və partlamamış döyüş sursatları olan ərazilərdədir.

Məlumata görə, ərazidə 2 dəfə mina partlayışı baş verib. Hadisə yeri minalı olduğundan FHN-nin yanğınsöndürən əməkdaşları əraziyə daxil olmaqda çətinlik çəkir.

 
X X X

Əraziyə yanğınsöndürən briqadaları cəlb olunsa da, şəxsi heyətin təhlükəli əraziyə girişi mümkün olmayıb. Lakin yanğının yol massivi və infrastruktura zərər verməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub./Globalinfo.az  


IMG

Seçilən
39
8
referans.az

10Mənbələr