AZ

Məşhur komediya ustasını AVTOMOBİL VURDU - FOTO

  Rusiyalı komediya ustası Maksim Qalkini avtomobil vurub.

Referans xəbər verir ki, bu barədə jurnalist Bozena Rınska "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hadisə üç gün əvvəl Qalkin Yurmala küçələri ilə velosiped sürərkən baş verib. Sənətçinin yol hərəkəti qaydalarına əməl etdiyi və dəbilqə taxdığı qeyd edilir. Qəza zamanı komediya ustası qolundan xəsarət alıb.

"Maşın yan tərəfdən əsas yola çıxaraq Maksimə dəyib. Köhnə "Volkswagen"də olan qadın sürəti belə azaltmayıb və avtomobil ona çırpılıb. Maşın o qədər köhnə olub ki, şüşəsi qolunu, damarını, vətərlərini kəsib", - Rınska bildirib.

Hazırda Qalkinin səhhəti ilə bağlı məlumat yoxdur./publika.az  


Seçilən
22
1
referans.az

2Mənbələr