“Vaşinqtonda keçirilən Azərbaycan-ABŞ-Ermənistan liderlərinin görüşünü yalnız Bakı ilə İrəvan arasında sülhün əldə edilməsi kimi deyil, həm də bütövlükdə Cənubi Qafqazda sabitlik və regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirib.”- bu fikirləri politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə, bu görüş ilk növbədə Ermənistan cəmiyyəti üçün önəmlidir.
“Çünki nəticə etibarilə ABŞ Ermənistanın təhlükəsizliyinə təminat verən əsas güc kimi çıxış edəcək. Bu gün dünyada Ermənistanın təhlükəsizliyinə real təminat verə biləcək yeganə ölkə Amerikadır”.- deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, yekun sülh sazişindən danışmaq hələ tezdir.
“Azərbaycanın dayanıqlı sülh üçün irəli sürdüyü digər şərtlər yerinə yetirilmədən yekun sənədin imzalanması real görünmür. Amma istənilən halda atılacaq bu addım bölgədə davamlı sülhün əsasını qoyacaq. Bir sözlə Vaşinqton görüşü bir çox məsələlərə aydınlıq gətirəcək”.- deyə politoloq bildirib.