"Napoli"nin hücumçusu Covanni Simeone karyerasını "Torino"da davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, "buğalar" 30 yaşlı futbolçunu bir illik icarəyə götürmək üçün Neapol klubuna 1 milyon avro ödəyib.
Simeone 2023-cü ildə "Napoli"nin heyətində A Seriyasının çempionu olub. O, Neapol təmsilçisinə iki il əvvəl "Verona"dan transfer olunmuşdu. Hazırda Transfermarkt portalı argentinalı forvardın dəyərini 5 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, futbolçu məşhur argentinalı baş məşqçi Dieqo Simeonenin oğludur. Ötən mövsüm A Seriyanı 11-ci pillədə başa vuran "Torino" üçün Simeonenin gəlişi hücum xəttinin gücləndirilməsi baxımından mühüm addım hesab olunur.