Baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 07.08.2025-ci il tarixində saat 17:40 radələrində 1 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Referans xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata görə, pasiyentə hər iki baldırın açıq yarası diaqnozu təyin olunub.
Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
***
19:37
Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans xəbər verir ki ,Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində baş verib.
Rayon sakini Abdullayev Natiq idarə "KİA" markalı avtomobil ilə hərəkətdə olarkən digər avtomobildən düşən zaman 1993-cü il təvəllüdlü Həsənov Orxanı vurub.
Nəticədə O.Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta