AZ

"Kəpəz" braziliyalı futbolçu transfer edib

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" növbəti transferini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, Gəncə təmsilçisi Vitor Feijaonu heyətinə cəlb edib.

Klubun mətbuat xidmətinin məlumatına görə, braziliyalı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Feijaonun son klubu Avstraliyada "Sentral Kost Mariners" olub.

İdman.biz

Seçilən
40
6
idman.biz

7Mənbələr