AZ

Fransada şəhər meri bıçaqlı hücuma məruz qaldı

Fransanın Vilnyov-de-Mark şəhərinin meri Jil Dyusso bıçaqlı hücuma məruz qaldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Oxu.Az bu barədə "Le Parisien" qəzetinə istinadla xəbər verir.

Bildirilir ki, o, günorta saatlarında 28 yaşlı oğlu ilə şəhərdə gəzərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. Cinayətkar merin döş qəfəsi nahiyəsinə üç bıçaq zərbəsi endirib. Pepperoni pizza

Şübhəli qaçıb, lakin bir müddət sonra hadisə yerinə qayıdaraq, avtomobillə Dyussonu və oğlunu vurmaq istəsə də, idarəetməni itirərək divara çırpılıb.

Hücum edən şəxs maşından düşdükdən sonra hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları hələ də şübhəlinin şəxsiyyətini müəyyən edə bilməyiblər, onun harada olduğu bilinmir.


Telegram kanalımız
Seçilən
24
1
yenisabah.az

2Mənbələr