AZ

“Mançester Yunayted” və “Leypsiq” arasında qeyri-adi razılaşma

“Leypsiq”in hücumçusu Benjamin Şeşkonun “Mançester Yunayted”ə transferi ilə bağlı əlavə detallar məlum olub.

90deqiqe.Az-ın "Sky Sport Germany"a istinadən yaydığı məlumata görə, transfer razılaşmasının bir hissəsi kimi iki klub arasında yoldaşlıq oyununun keçirilməsi planlaşdırılır.

“Mançester Yunayted” bu keçid üçün 76,5 milyon avro əsas məbləğ, əlavə olaraq isə 8,5 milyon avro bonus ödəyəcək. Bonusların əldə olunması üçün nəzərdə tutulan şərtlər asanlıqla yerinə yetirilə bilər.

Transferə daxil olan yoldaşlıq oyunu isə “Leypsiq”ə əlavə 1,5–2 milyon avro qazanc gətirəcək.

Bundan başqa, əldə olunan məlumata əsasən, müqavilədə Sloveniya millisinin üzvünün gələcəkdə mümkün transferindən “Leypsiq”in pay alacağı da əksini tapıb.

Seçilən
60
90deqiqe.az

1Mənbələr