“Sabah” bu gün Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyuna çıxıb.
Operativ Media xəbər verir ki, “bayquşlar” Bolqarıstanda “Levski”nin qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Komandalar arasındakı cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək.