AZ

KL: “Sabah” səfərdə “Levski”yə məğlub olub

“Sabah” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Valdas Dambrauskasun yetirmələri Bolqarıstanda “Levski”nin qonağı olub.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Matçın taleyini bir qol həll edib. Son dəqiqələrdə meydan sahibləri qələbə topunu vurmağı bacarıb.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 14-də Bakıda keçiriləcək.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun

22:00. Levski (Bolqarıstan) – Sabah 1:0

"Levski": 92. Svetoslav Vutsov, 21. Aldayr Neveş, 50. Kristian Dimitrov, 4. Kristian Makun, 3. Maykon, 10. Asen Mitkov, 17. Everton Bala, 18. Qasper Trdin, 88. Marin Petkov (k), 99. Radoslav Kirilov, 12. Mustafa Sanqare

Baş məşqçi: Xulio Velaskes

"Sabah": 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 3. Stiv Solvet, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 18. Pavol Safranko (k), 20. Coy-Lens Mikels

Baş məşqçi: Valdas Dombrauskas

Seçilən
11
1
apa.az

10Mənbələr