Fransa Prezidenti Emmanuel Makron bildirib ki, o, “son saatlardakı hadisələrdən sonra” Ukrayna Prezidenti Vladimir Zelenski və bir sıra Avropa liderləri ilə danışıb.
Doğru.az xəbər verir ki, bu barədə Makron X sosial şəbəkəsindəki paylaşımında məlumat verib:
“Son saatlarda baş verən hadisələrdən sonra Zelenski və bir sıra Avropa liderləri ilə uzun söhbətim oldu”, – deyə Fransa Prezidenti qeyd edib.
Qeyd edək ki, Axios daha əvvəl məlumat yaymışdı ki, ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə yanaşı Ukrayna, Finlandiya, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri ilə danışıqların nəticələrini müzakirə etməyi planlaşdırır.
DOĞRU.AZ