AZ

Fransada son 76 ilin ən dəhşətli fəlakəti: ölü və yaralılar var

Fransanın cənubunda Aude bölgəsində başlayan meşə yanğınları nəticəsində 16 min hektar ərazi külə dönüb.

Axar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, bir neçə gündür davam edən yanğınlar nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Yanğının sürətlə yayılması səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilib. Həmçinin, hadisə Fransada son 76 ilin ən dəhşətli meşə yanğını kimi qeydə alınıb.

Seçilən
46
1
axar.az

10Mənbələr