Bakı. Trend:
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini TommiPiqott avqustun 8-də keçirilən brifinqdə ABŞ administrasiyasınınRusiyaya qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı sualacavab verib.
Trend-inməlumatına görə, Piqott bu barədə konkret mövqe bildirməkdən imtinaedib:
"Bu mövzuda çoxlu spekulyasiyalar var. Mən spekulyasiya etməkniyyətində deyiləm", – deyə o vurğulayıb.
Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp Ukraynaətrafında nizamlanma ilə bağlı razılığa gəlmək üçün Rusiyaya 50günlük müddət verdiyini açıqlamış, əks halda Moskva və onun ticarəttərəfdaşlarına 100% həcmində ticarət rüsumları tətbiq olunacağınıbildirmişdi.
İyulun 29-da isə Tramp bu müddəti 10 günə endirdiyini bəyanetmişdi. Hazırda ABŞ-ın bu istiqamətdə konkret addımatıb-atmayacağı rəsmi olaraq təsdiqlənməyib.