AZ

Hindistan alternativ bazarlar axtaracaq - XİN

Hindistan ABŞ-nin tarifləri artırdıqdan sonra Yaxın Şərq, Latın Amerikası, Afrika və Cənubi Asiyada alternativ bazarlar axtaracaq.

"Ölkə.az" bildirir ki, bunu Hindistan xarici işlər nazirinin müavini Dammu Ravi deyib.

Ravinin sözlərinə görə, Hindistan sənayesi yeni tariflərdən təsirlənməyəcək:

"Yüksək tarif Hindistan sənayesinə heç bir mənfi təsir göstərməyəcək. Bu onun bağlanmasına və ya çökməsinə səbəb olmayacaq".

O qeyd edib ki, ölkələr tez-tez tarif maneələri ilə üzləşdikdə alternativ bazarlar axtarır və Hindistan bundan sonra diqqətini Yaxın Şərq, Latın Amerikası, Afrika və Cənubi Asiya kimi regionlara yönəldəcək.

"ABŞ-yə ixrac etmək çətinləşərsə, siz avtomatik olaraq başqa imkanlar axtarmağa başlayacaqsınız", - o vurğulayıb.

Seçilən
12
4
olke.az

5Mənbələr