AZ

“İlham Əliyevlə qürur duyuram” - Trampdan tarixi açıqlama

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb:

“Bu iki xalqlar illərdən bəri müharibə aparır və bu, minlərlə insanın ölümünə gətirib çıxarıb. İndiyədək əksər liderlər bunu bitirməyə çalışsalar da, nəticə vermədi. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir.

Böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün seçim etdiklərinə görə bu cəsarətli liderlərlə qürur duyuram. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”.

Seçilən
55
4
qafqazinfo.az

10Mənbələr