AZ

Tramp administrasiyası miqrantları Luiziana həbsxanasında yerləşdirməyi planlaşdırır

ABŞ prezidenti Donald Trampın administrasiyası saxlanılan miqrantları Luiziana ştatındakı Anqola həbsxanasına göndərmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hökumət müəssisənin məhbusları təxminən 450 çarpayı ilə təmin edəcəyini və planın özünün sentyabrın əvvəlində qüvvəyə minəcəyini gözləyir.

Anqola ABŞ-ın ən böyük maksimum təhlükəsizlik həbsxanasıdır və keçmişdə bu ölkənin ən qanlı həbsxanalarından biri kimi tanınırdı.

Qəzetin məlumatına görə, miqrantların bu həbsxanada yerləşdirilməsi ABŞ-a qeyri-qanuni immiqrantlar üçün yeni mərkəzin tikintisinə xərclənəcək vəsaiti qənaət etməyə imkan verəcək.

Qeyd edək ki, ümumilikdə, ABŞ-da İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) miqrantlar üçün 200-dən çox müvəqqəti saxlama mərkəzi fəaliyyət göstərir.

Seçilən
53
apa.az

1Mənbələr