AZ

Messi və Ronaldu ardıcıl ikinci il “Qızıl top”a namizəd göstərilmədi

BAKI, 8 avqust. TELEQRAF

“İnter Mayami”li Lionel Messi və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu “France Football” nəşrinin açıqladığı 2025-ci il “Qızıl top” mükafatına namizədlər siyahısına daxil edilməyib.

Teleqraf xəbər verir ki, Messi və Ronaldu ardıcıl ikinci ildir nüfuzlu mükafata iddialılar siyahısında olmayıb.

Messi “Qızıl top”ların sayına görə rekorda sahibdir. O, ilin ən yaxşı futbolçusu verilən mükafatı səkkiz dəfə qazanıb. Ronaldu da öz növbəsində 5 dəfə "Qızıl top"a sahib çıxıb.

2025-ci ildə mükafata iddialıların siyahısı 30 futbolçudan ibarətdir. “Qızıl top”un yeni sahibinin adına sentyabrın 22-də Parisdə aydınlıq gələcək. Ötən il mükafatı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri alıb.

Seçilən
13
teleqraf.com

1Mənbələr