AZ

İlham Əliyev Paşinyanla sülh müqaviləsini imzalayacaq - Tramp açıqladı

ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Ağ Evdə görüş zamanı sülh sazişi imzalayacağını bildirib.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri "Truth" sosial şəbəkə hesabında yazıb.

O, sülh müqaviləsinin avqust ayının 8-də imzalanacağını deyib: "Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.

Bir çox lider indiyə qədər bu müharibəni dayandırmağa çalışıb, amma heç bir nəticə əldə olunmayıb. Bu, "Trump" sayəsində mümkün oldu. Mənim Administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh sazişinin imzalanması üçün mənə qoşulacaqlar".

Bundan əlavə, Tramp ABŞ-nin hər iki ölkə ilə birgə iqtisadi inkişaf üçün ikitərəfli müqavilələr imzalayacağına aydınlıq gətirib: "Birləşmiş Ştatlar, həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, bu da iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək. Mən bu cəsarətli liderlərlə Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün iş gördüklərinə görə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq".

Seçilən
22
37
news24.az

10Mənbələr