AZ

Samsung ilk dəfə iPhone üçün prosessor istehsal edəcək

Bakı. Trend:

Cənubi Koreyanın “Samsung” korporasiyası “Apple”ın iPhonemodelləri üçün prosessor istehsalına başlayacaq.

Trend-in “AndroidAuthority” nəşrinə istinadla verdiyi məlumata görə, Amerika şirkətibu çipləri Texas ştatının Ostin şəhərində yerləşən “Samsung”zavodundan alacaq.

İndiyədək “iPhone” üçün prosessorları əsasən Tayvanın TSMCşirkəti istehsal edirdi. “Samsung” isə Exynos prosessorlarınıyalnız öz cihazları üçün hazırlayır, amma “Apple”a displeylər,operativ yaddaş modulları və digər mikrosxemlər təchiz edirdi.

Ekspertlərin sözlərinə görə, bu əməkdaşlıq iki texnolojinəhəngin iPhone-un əsas komponentlərinin istehsalında ilk birgəaddımı olacaq.

Seçilən
77
2
az.trend.az

3Mənbələr