AZ

ABŞ Maduronun həbsinə görə mükafatı 50 milyon dollara çatdırıb

Baş prokuror Pem Bondi Venesuela liderini “narkotacir və təhlükə” adlandırıb...

ABŞ hakimiyyəti Venesuela prezidenti Nikolas Maduronun həbsi ilə nəticələnəcək məlumatlara görə təyin olunan mükafatı ikiqat artıraraq 50 milyon dollara çatdırıb.

Poliqon xəbər verir ki, bu barədə ABŞ baş prokuroru Pem Bondi sosial şəbəkə “X” üzərindən açıqlama verib.

Pem Bondi bildirib ki, Nikolas Maduro ABŞ-a ölümcül narkotiklər və zorakılıq yaymaq üçün “xarici terrorçu təşkilatlardan” istifadə edir. Onun sözlərinə görə, Maduro “dünyanın ən böyük narkotacirlərindən biridir və ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi təhdiddir”.

Associated Press Agentliyi xatırladıb ki, daha əvvəl – 2020-ci ildə, Donald Trampın prezidentliyinin ilk dönəmində ABŞ Maduronu narkoterrorçuluqda və kokain qaçaqmalçılığı məqsədilə cinayətkar sövdələşmədə ittiham etmişdi. Həmin vaxt onun tutulmasına görə 15 milyon dollar mükafat təyin olunmuşdu. Daha sonra bu məbləğ 25 milyon dollara qədər artırılmışdı.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr