AZ

Son 76 ilin ən böyük yanğını söndürülüb

Son

Çərşənbə axşamı günü Fransada başlayan böyük meşə yanğını 17 min hektar ərazini əhatə edib.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, Fransanın Aude departamenti prefekturasının məlumatına görə, yanğının qarşısı yalnız üçüncü gündə alınıb.

Fransa meteorologiya xidməti kosmosdan tüstünün göründüyünü bildirib. Yanğın isti və güclü külək səbəbindən sürətlə yayılıb.

Yanğının söndürülməsinə iki mindən çox yanğınsöndürən və xüsusi aviasiya cəlb olunub.

Qeyd olunur ki, bu, son 76 ildə Fransada ən böyük yanğın olub.

V. QULİYEV
Seçilən
7
reyting.az

1Mənbələr