Bakı. Trend:
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar”stansiyasında bir qadın uşaq dünyaya gətirib.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardımgöstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrəkzəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyayagətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxşhesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanayaaparılıblar.