Bu gün "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.
Bunu "News24.az"a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, - o vurğulayıb
***
Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.
Bu barədə News24.az-a Metropolitendən məlumat verilib.
Qeyd olumub ki, çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.