AZ

"Səbail" ilk sınaq matçına çıxır

Növbəti mövsüm I Liqada çıxış edəcək "Səbail" ilk yoxlama oyunu üçün rəqibi müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisi Region Liqası təmsilçisi "Xudat"la gücünü sınayacaq.

Oyun bu gün baş tutacaq. Tərəflər "ASCO Arena"da üz-üzə gələcəklər. Görüşün start fiti saat: 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, maliyyə sarıdan problem yaşamayan "Xudat"ın yeni mövsümdən iddialı olacağı və 2-ci Liqada oynamaq istədiyi bildirilir. 2017-ci ildən Premyer Liqada çıxış edən "Səbail" isə 8 ildən sonra I Liqaya yuvarlanıb.

Mirağa

Seçilən
104
fanat.az

1Mənbələr