Bakı.Trend:
Kənd Təsərrüfatı Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti və“FoodCity Agrokompleks” MMC-nin birgə təşkilatçılığı ilə Xaçmazrayonunun 95 illik yubileyi ərəfəsində Xudat şəhərində yerləşən“FoodCity Agrokompleks”də “Aqrar Biznes" və “Şaftalı” festivalıkeçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Mahir Süleymanlı,Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoruAnar Cəfərov, Aqrar Tədarük Təchizat ASC-nin İdarə Heyətinin sədriElgün Məhəmmədəlizadə, “FoodCity Agrokompleks” MMC-nin baş icraçıdirektoru Anar Ağayev, Yeni Azərbaycan Partiyası Xaçmaz RayonTəşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizəorqanlarının rəhbərləri, aqrar sahədə çalışan mütəxəssislər,sakinlər və turizm zonasına istirahətə gələn qonaqlar iştirakediblər.
Festival çərçivəsində rayonda istehsal olunan şaftalı sortları, bumeyvədən hazırlanan şirələr, şirniyyatlar və içkilər haqqındaətraflı məlumat verilib. Rayonda fəaliyyət göstərən fermerlər vəailə təsərrüfatları öz məhsullarını – şaftalı, fındıq, alma, armudvə tərəvəz məhsullarını nümayiş etdirib, birbaşa istehsalçıdanalıcıya satış həyata keçiriblər. Adət-ənənələrimizi əks etdirənkompozisiyalar, milli rəqslər, kulinariya təqdimatları vədequstasiya guşələri təqdim olunub.
Qonaqlara məlumat verilib ki, Xaçmaz rayonunda 4240 hektarşaftalı bağı var. Həmin bağlardan 1160 hektarı intensiv bağlardır.Hər il şaftalı bağlarında orta məhsuldarlıq 60 sentnerə yaxın olur.Xaçmaz bağlarından il ərzində 20 min ton şaftalı toplanır.Bağlardan toplanan məhsulun bir hissəsi yerli bazarlarda satılır.Meyvənin böyük hissəsi isə satış üçün qonşu dövlətlərəgöndərilir.
“Aqrar Biznes” festivalı çərçivəsində ölkənin kənd təsərrüfatısahəsində ixtisaslaşmış şirkətlər öz məhsullarını, dövlət qurumlarıisə göstərdikləri xidmətləri nümayiş etdiriblər. Ziyarətçilərmüasir aqrotexniki vasitələrlə, bitki mühafizəsi preparatları,toxum nümunələri və innovativ texnologiyalarla yaxından tanış olmaqimkanı əldə ediblər.
Rəsmi hissədə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətininbaşçısı Elnur Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Xaçmazrayonunda aqrar sahənin inkişafı istqiamətində həyata keçiriləntədbirlərdən danışıb. Xaçmaz rayonunun 95 illik yubileyinə təsadüfedən festivalın əhəmiyyətini yüksək qiymətləndirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki,bu kimi festivallar aqrar sahədə müasir yanaşmaların təşviqi,təcrübə mübadiləsi və regionların sosial-iqtisadi inkişafında mühümrol oynayır. Həmçinin, bu platformalar gənclərin kənd təsərrüfatınaolan marağını artırmaqla, aqrar innovasiya və texnologiyalarınregionlara inteqrasiyasına da xidmət edir.
“FoodCity Agrokompleks” MMC-nin baş icraçı direktoru Anar Ağayevvə digər çıxış edənlər məhsul festivallanın təşkilinin aqrar sahədəfəaliyyət göstərən tərəflər arasında bilik, təcrübə və resursmübadiləsinə xidmət etdiyini qeyd ediblər.
“Aqrar Biznes" və “Şaftalı” festivalına geniş konsert proqramıilə yekun vurulub. Musiqili gecədə tanınmış müğənnilərin ifaları vərəqs qruplarının çıxışları könülləri fəth edib.