AZ

Keniyada 6 nəfər ölüb

Ajans.az BBC-ə istinadən xəbər verir ki,Cessna tipli təyyarə cümə axşamı günorta saatlarında Wilson hava limanından havaya qalxıb və Somalinin Hargeisa şəhərinə uçarkən Nayrobinin Githurai bölgəsindəki yaşayış binasına çırpılaraq alovlanıb. Kiambu dairəsinin komissarı Henri Vafulanın sözlərinə görə, göyərtədə olan 4 nəfər – həkimlər, tibb bacıları və pilot – eləcə də yerdə olan 2 nəfər həyatını itirib, daha 2 nəfər isə ağır yaralanıb. Qəzanın səbəblərinin müəyyən edilməsi üçün hadisə yerinə istintaq qrupları göndərilib. Keniya Mülki Aviasiya İdarəsi bildirib ki, təyyarə havaya qalxdıqdan cəmi üç dəqiqə sonra radio və radar əlaqəsini itirib. Amref-in baş direktoru Stiven Gitau açıqlamasında qurumun aviasiya orqanları və fövqəladə hallara cavab qrupları ilə tam əməkdaşlıq etdiyini vurğulayıb. Keniya Müdafiə Qüvvələri və Milli Polis Xidməti hadisə yerində axtarış və bərpa əməliyyatları aparır. Hadisə şahidi Patrisiya Kombo BBC-yə bildirib ki, Githuraiyə gedən taksidə olarkən güclü səs və parıltı eşidib:
“Telefonumu götürməmişdən əvvəl flaş oldu və tüstü qalxdı. Sonra insanların qışqırdığını və qaçdığını gördük. Daha sonra bunun təyyarə qəzası olduğunu anladıq və yerə dəyən yerdə dərin çuxur əmələ gəldiyini gördük”, – deyə o bildirib.
Bundan başqa, Reuters xəbər agentliyi Keniya Qırmızı Xaçına istinadən bildirib ki, ölkənin mərkəzində, Naivaşa şəhəri yaxınlığında dəmir yolu keçidində qatarla avtobus toqquşub. Hadisə nəticəsində azı 4 nəfər ölüb. Avtobus Keniya Boru Kəməri şirkətinin təlim mərkəzlərindən birində növbəsini bitirən işçiləri daşıyırmış. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib

 

Seçilən
29
Ajans.az

1Mənbələr