AZ

Ayağınızdakı kiçik detal sizi bir neçə saatda ölümə apara bilər - DİQQƏT!

Həkimlər xəbərdarlıq edirlər ki, damar içində laxta əmələ gəlməsi – tromb – insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu hal dərin ven trombozu zamanı ayaqlarda şişkinlik, ağrı, rəng dəyişməsi ilə özünü göstərə bilər, laxtanın qoparaq ağciyərə keçməsi isə nəfəs darlığı, sinə ağrısı və hətta ölüm riskinə səbəb ola bilər. Bundan əlavə, beyin və ürək damarlarının tutulması insult və infarkt ehtimalını artırır. 

Yenisabah.az xəbər verir ki, risk faktorlarına 60 yaşdan yuxarı olmaq, artıq çəki, hipertoniya, diabet, genetik meyllilik, siqaret çəkmək və uzunmüddətli hərəkətsizlik daxildir. 

Mütəxəssislərin sözlərinə görə, profilaktika məqsədilə hər saat azı bir neçə dəqiqə hərəkət etmək, gündə 30-45 dəqiqə orta tempdə gəzinti, üzgüçülük və ya velosiped sürmək, uzun səfərlərdə oturarkən ayaqları hərəkət etdirmək tövsiyə olunur. Kifayət qədər su içmək – gündə 8–10 stəkan – qanı duru saxlamağa kömək edir. Uzunmüddətli hərəkətsizlikdə və səfərlərdə tibbi kompressiya corablarından istifadə venoz stazı azaldır. Qidalanmada sarımsaq, zəncəfil, sarıkök, darçın, zeytun yağı kimi təbii məhsullar qan axışını yaxşılaşdırır. Siqaretdən imtina, çəkini normada saxlamaq və xroniki xəstəlikləri nəzarətdə saxlamaq da mühüm əhəmiyyət daşıyır.  Toyuqlu pizza

Almaniya tibb protokollarına görə, əməliyyatdan sonra və hərəkətsiz xəstələrdə dərmansız yanaşma – erkən mobilizasiya və kompressiya terapiyası – prioritetdir, yalnız yüksək risk qrupunda dərman profilaktikasına üstünlük verilir. Mütəxəssislər bildirirlər ki, yüksək riskli şəxslərdə yalnız təbii üsullar kifayət etmir və həkim nəzarəti mütləqdir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
26
yenisabah.az

1Mənbələr