AZ

Cəlalın komandası Konfrans Liqasında qalib gəldi

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın “Arda” klubu UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu qələbə ilə başa vurub.

İdmanxeber.az xəbər verir ki, “Arda” səfərdə Litva təmsilçisi “Kauno Jalgiris”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Cəlal Hüseynov qarşılaşmanı əvəzlənmədən keçirib. Milli komandamızın üzvü 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Cavab oyunu avqustun 14-də Bolqarıstanda baş tutacaq.

Seçilən
2
idmanxeber.az

1Mənbələr