AZ

Messi və Ronaldo ardıcıl ikinci il "Qızıl Top"a namizədlər sırasında yoxdurlar

style='margin-bottom:10px;'>

"İnter Mayami"nin futbolçusu Lionel Messi və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "France Football" jurnalının açıqladığı 2025-ci ilin “Qızıl Top” mükafatı üçün namizədləri siyahısında yer almayıblar.

QOL.az xəbər verir ki, Messi və Ronaldo artıq ikinci ildir ki, futbolun ən nüfuzlu fərdi mükafatlarından biri uğrunda mübarizə aparacaqlar arasında yoxdur. 

Argentinalı oyunçu “Qızıl Top”u rekord sayda – 8 dəfə qazanıb. Portuqaliyalı futbolçu isə bu mükafata 5 dəfə sahib olub.

Qeyd edək ki, 2025-ci il üçün namizədlər siyahısında 30 futbolçu yer alıb. “Qızıl Top”un təqdimetmə mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək. Ötən il bu mükafatı "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanmışdı.

Seçilən
4
2
teleqraf.com

3Mənbələr