“Torino” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Turin təmsilçisi “Napoli”dən Covanni Simeoneni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
“Napoli” oyunçusunun satışından 8 milyon avro qazanıb.
Simeone “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.