AZ

ING 2028-ci ilə qədər Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını ictimailəşdirib

Bakı. Trend:

Niderlandın ING bank qrupu yaxın illərdə Azərbaycan ümumdaxiliməhsulunun (ÜDM) artımına dair proqnozunu ictimailəşdirib.

Trend xəbər verirki, sənədə əsasən, 2025 və 2026-cı illərdə ölkə iqtisadiyyatı 2,5faiz artacaq, 2027-ci ildə isə artım tempinin 2 faizə qədərzəifləyəcəyi gözlənilir.

Rüblük göstəricilərə görə, ING-nin qiymətləndirməsinə əsasən,2025-ci ilin üçüncü rübündə Azərbaycan ÜDM-nin artımı 2,5 faiztəşkil edəcək, dördüncü rübdə isə bu göstərici 4 faizə qədəryüksələcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsininməlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkədə 50milyard manatdan çox məbləğdə ÜDM istehsal olunub ki, bu da ötənilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3% azalıb,qeyri-neft-qaz sektorunda isə 3,9% artıb.

ÜDM istehsalında pay bölgüsü belə olub: 36,2% — sənaye, 9,9% —ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0% — nəqliyyat və anbartəsərrüfatı, 6,2% — inşaat, 4,0% — kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq, 2,8% — turistlərin yerləşdirilməsi vəictimai iaşə, 1,8% — informasiya və rabitə sahəsi, 21,7% — digərsahələr; məhsullar və idxal üzrə xalis vergilər ÜDM-nin 10,4%-nitəşkil edib. Adambaşına düşən ÜDM 4 896,1 manat olub.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr