“Barselona”nın müdafiəçisi İniqo Martines karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Publika.az xəbər verir ki, o, “Əl-Nəsr”ə transfer olunub. Onun keçidi ilə bağlı detallar da məlumdur.
Jurnalist Adrian Sançesin məlumatına görə, kataloniyalılar 34 yaşlı futbolçunun müqaviləsini pozacaq ki, o, azad agent kimi Səudiyyə klubuna keçə bilsin. Tərəflər arasında elə bir razılaşma da var ki, “Barselona” müqavilə üzrə futbolçuya qalan məbləği ödəməyəcək.
Ötən mövsüm Martines La Liqada 28 oyun keçirib və 4 qol ötürməsi ilə yadda qalıb.