AZ

Paşinyandan sülhlə bağlı PAYLAŞIM

ABŞ-də səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında sülhlə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda İncil kitabından "Sülh yaradanlara nə xoş, çünki onlar Allahın övladları adlanacaqlar (Matta 5:9)" ayəsi yer alıb. 

Məlumata görə, bu ayə İsa Məsihin “Dağüstü vəz”ində dediyi “xoşbəxtliklər” (yeranilər) hissəsindəndir. Burada “sülh yaradanlar” dedikdə yalnız dava-dalaşdan qaçanlar yox, həm də insanlar arasında barış, anlayış və sevgi yaratmaq üçün çalışanlar nəzərdə tutulur.


Seçilən
61
5
news24.az

7Mənbələr