AZ

Eyni paltarı illlərlə geyindi, mənfi obrazlarla məşhurlaşdı, heç vaxt Oskar verilmədi - Kevin Norvud - VİDEO

Kevin Norvud Bekon 8 iyul 1958-ci ildə ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. Amerikalı aktyor və dublyaj aktyoru olan Bekon peşəkar karyeraya 1978-ci ildə başlayıb. Ona şöhrət gətirən film 1984-cü ildə çəkilmiş "Footlose" musiqili dramıdır.

1991-ci ildə Bekon Oliver Stounun "JFK" filmində rol aldı və bundan sonra ulduzu Hollivudda da parıldamağa başladı.

Hollivudun ən yaxşı kişi aktyorlarından biri olan Kevin Bekon “Akademiya Mükafatı ala bilməyən ən yaxşı Hollivud aktyorları” siyahısında Leonardo DiCaprio ilə yanaşı yer alıb. Meril Strip, Culiya Roberts, Şarliz Teron, Ketrin Zeta-Cons və Sara Cessika Parker kimi məşhur adlarla eyni filmlərdə rol alan aktyor bir çox filmində mənfi obrazları canlandırıb.

Kevin Bekonun ilk dəfə Qızıl Qlobus mükafatına namizəd göstərildiyi film Meril Strip və Stanley Tucci ilə baş rollarda oynadığı triller janrlı "The River Wild" filmidir. 1995-ci ildə çəkilən "Murder in the First" filmində də uğurlu çıxışı ilə seçilən Kevin Bekon "Yayım Filmi Tənqidçiləri Dərnəyi Mükafatı"na layiq görülüb. Lakin o, heç vaxt Oskar mükafatına layiq görülməyib.

2000-ci ildə rejissor Paul Verhoeven tərəfindən çəkilmiş "Hollow Man" elmi-fantastik filmində Kevin Bekon baş rolda yer alır. Film 2000-ci ilin Akademiya Mükafatlarında "Ən Yaxşı Vizual Effekt" nominasiyası üzrə namizəd göstərilir.

Hollivud ulduzu olmasına baxmayaraq eyni şalvarı 5 il geyinir və illik sadəcə 40 min dollarla yaşayır. Onun bu sadə həyatı isə insanlara ilham verir. Kevin bəlkə də Hollivudda dəbdəbəyə ən az pul xərcləyən ulduzdur. Hətta o qədər az xərcləyir ki, bəzi pərəstişkarları zarafatla onu “Hollivudda bahalı hədiyyələrdən uzaq duran yeganə aktyor” adlandırırlar. Hətta sahib olduğu ən bahalı şeyin 20 min dollarlıq gitarası olduğunu deyir.

Hollivudda nadir görülən hallardan biri olaraq, Kevin Bekon 1988-ci ildən bəri aktrisa Kira Sedcvik ilə xoşbəxt evlilik həyatını davam etdirir. Onların Travis və Sosie adlı iki övladı var.

Baknell Universitetində tam təqaüdlə təhsil alan aktyor, teatr və incəsənət üzrə ixtisaslaşıb.

Həmidə İbrahimova

Seçilən
1
olke.az

1Mənbələr