AZ

“Ağ şəhər”də 7 lüks mənzili və daha nələr…

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, eyni zamanda Bayraq Meydanının keçmiş rəisi İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədrinin  böyük “əmlak imperiyası” varmış. 12 milyonluq korrupsiya ittihamı ilə həbs edilən eks-məmurun paytaxtın bahalı və prestijli ərazilərində yerləşən mülkləri üzərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı ilə həbs qoyulub. Bu qərar dövlətə dəymiş ziyanın ödənilməsinin təminatı məqsədilə verilib.

Daşınmaz əmlaklar arasında Bakının mərkəzi küçələrində yerləşən mənzillər, böyük obyektlər və lüks bağ evləri yer alır. Marqarita pizza

Xətai rayonunda – “Ağ şəhər”də, Xudu Məmmədov və Nəcəfqulu Rəfiyev küçələrində 7 lüks mənzil;

Elə həmin rayonda, Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsində yerləşən, sahəsi 715,3 kv/m olan böyük obyekt;

Səbayel rayonunda – Üzeyir Hacıbəyli və Neftçi Qurban Abbasov küçələrində 3 mənzil;

Xəzər rayonu, Şüvələn qəsəbəsi – biri 875,6 kv/m sahəyə malik olmaqla 2 villa tipli bağ evi;

Pirallahı rayonunda – bağ evi;

Xəzər və Qusar rayonlarında – torpaq sahələri.

Bu əmlakların hamısı artıq dövlət nəzarətindədir. Onların gələcək hüquqi taleyi Bakı Ağır Cinayətlər Məhkəməsində həll olunacaq.

İlqar Mustafayev 2015-ci il mayın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilib. O, 2016-cı ildə yenidən formalaşdırılan Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsinə gətirilib.

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İbtidai istintaq zamanı müəyyən edilib ki, İlqar Mustafayev vəzifədə olduğu dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərləri ilə birlikdə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil ediblər. Bununla da quruma məxsus qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, kommersiya obyektlərinin fəaliyyətinin təşkili, gəmi gəzintiləri və digər fəaliyyətlərdən əldə edilmiş 12 milyon manatdan artıq vəsait mənimsənilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan çox vergi borcunu dövlət büdcəsinə ödəməkdən yayındığı, həmçinin cinayət yolu ilə əldə etdiyi 10 milyon manatdan artıq vəsaiti özü və yaxınlarının adına əmlaklar almaqla leqallaşdırdığı bildirilir.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergidən yayınma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Fuad Babayev və Rəşad Bədəlova isə 179.4, 308.2 və 313-cü maddələrlə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə İlqar Mustafayev barəsində həbs-qətimkan tədbiri, digər təqsirləndirilən şəxslər barəsində isə polis nəzarətinə verilmə tədbiri seçilib.

“Yeni Müsavat”


Telegram kanalımız
Seçilən
19
1
yenisabah.az

2Mənbələr